19 İyun 2023 21:35
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

mid edirik ki, Yunanıstan, Türkiyə və digər qonşu ölkələrlə birləşib regional infrastrukturumuzu yaxşılaşdırmaqla tezliklə Azərbaycan qazından yararlana biləcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Macarıstanın təbii enerji resursları yoxdur və bu məsələdə xarici ölkələrdən asılıdır: "Ona görə də Macarıstan Azərbaycanla təbii enerji resurslarını əldə etmək üçün ikitərəfli müqavilə imzalayıb. Ancaq bunu hələ də reallaşdıra bilmir. Çünki təbii qaz boru kəməri ilə ötürüldüyündən infrastruktura ehtiyac var. Biz Avropa İttifaqından bu məsələdə yardım istədik, ancaq Macarıstana dəstək verilmədi. Avropa İttifaqı bu məsələdə etibarını itirib. Biz ümid edirik ki, Yunanıstan, Türkiyə və digər qonşu və sərhəd ölkələrlə birləşib regional infrastrukturumuzu yaxşılaşdırmaqla tezliklə Azərbaycan qazından yararlana biləcəyik".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər