23 İyun 2023 13:57
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Femina” xəz-dəri qalereyasının Atatürk prospekti 140-da fəaliyyət göstərən filialı bağlanıb.

Məlumat üçün bildirək ki, əsas satış mağazası “Sədərək” Ticarət Mərkəzində yerləşən firmanın Azərbaycanda bir filialı olub. Bundan öncə firma mağazanın “Qış parkı”nda fəaliyyət göstərən filial da bağlanmışdı.

Teleqraf.com sözügedən məsələ ilə bağlı “Femina”nın satış üzrə meneceri Elşad Şirinovla əlaqə saxlayıb.

O, pandemiya dövründə böyük ticarət mərkəzlərinin bağlandığını xatırladıb: “O dövrdə şəhərdəki müştərilərin sifarişlərini və rahatlığını nəzərə alaraq xırda da olsa, bir filial açıb məsulların satışını orada həyata keçirməyə qərara verdik. Bu filialı hazırda bağlanan Atatürk prospektində açdıq. Üç illik icarə müqaviləsi bağlamışdıq, müddət başa çatanda mağazanı bağlayıb təhvil verdik. Hazırda qalereya öz fəaliyyətini “Sədərək” Ticarət Mərkəzində 2 min kvadratmetrlik mağazada davam etdirir. İndi müştərilərimiz bu ünvana yaxınlaşıb alış-verişlərini edirlər”.

Yeni filialın açılıb-açılmayacağına gəlincə, Elşad Şirinov bu məsələnin planda olmadığını deyib: “Müştərilərin istəyi əsasında tələbat olarsa, gələcəkdə şəhərin mərkəzi yerlərinin birində filial açıla bilər”.

Xəz-dəri qalereyasının satışlarından danışan Elşad Şirinov hazırda durğunluğun yaşandığını deyib: “Təklif etdiyimiz geyim məsulları əsasən payız və qış mövsümünü əhatə etdiyi üçün qışda daha yaxşı satılır. Yay aylarında müştərilər gəlib-gedirlər. Bütün sahələrdə olduğu kimi, bizdə də bir balaca durğunluq var. Amma buna baxmayaraq xəz-dəri qalereyası 65 faizədək endirim kampaniyasına start verib. Müştərilərimiz üçün gözəl hədiyyələr də nəzərdə tutulub. Yaxınlaşıb həm qışdan qalan, həm də yeni kolleksiyadan yararlana bilərlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər