11 İyul 2023 18:05
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsindən sonra 1000-dən çox şirkət Rusiyanı tərk edəcəyi və investisiyaları dayandıracaqlarına dair söz versələr də, əksər iri firmalar bu vədlərinə əməl etməyiblər.

Teleqraf.com xəbər verir ki, Rusiyanı tərk etmək öhdəliyi götürən şirkətlərin yalanını Yale Universitetinin araşdırmaçıları üzə çıxarıb.

Universitetin professoru Cef Sonnenfeld bildirib ki, hollandiyalı pivə istehsalçısı “Heineken”, “Unilever”, qəlyanaltı istehsalçısı “Mondelez International” və ABŞ-ın tütün şirkəti “Philip Morris” kimi şirkətlərin vədlərinə əməl etməyiblər: “Məyus etməkdən əlavə, bu, utancverici və qeyri-etikdir. Bu şirkətlər qanunları olmasa da, əxlaqi qaydaları pozub və öz markalarına zərər verib. Bu şirkətləri müharibə zəngini kimi xarakterizə edərdim. İstehlakçılar bu şirkətləri dəstəkləməklə Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına töhfə verirlər”.

Araşdırmaya görə, müharibədən sonra ölkəni tərk etmək öhdəliyi götürən “Heineken”in hələ də Rusiyada 7 fabriki və 1800 işçisi var. Müharibə dövründə firma bölgədə kommersiya fəaliyyətini davam etdirib və aktivliyini ikiqat artırıb.

ABŞ-ın tütün şirkəti “Philip Morris”in isə Rusiyadakı bir neçə fabrik də daxil olmaqla təxminən 2,5 milyard dollarlıq aktivi ilə ölkədə qalan ən böyük transmilli şirkətlərdən biri olduğu iddia edilir.

Universitet mütəxəssislərinin şübhələrinə əsasən, şirkətlər öhdəliklərini yerinə yetirmək üçün çox böyük təzyiq hiss etmirlər.

Qeyd edək ki, “Heineken” və “Philip Morris” 2022-ci ildə Rusiyaya ixrac və investisiyalarını dayandırmaq qərarına gəldiyini açıqlamışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər