1 Avqust 2023 22:34
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Sabah saat 09:00-dan təmir işləri başa çatanadək “Qum Məişət (Qİİ)”, “Alko”, “Naximov”, “Müşviq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər