9 Avqust 2023 15:44
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın taxıl sazişinə qayıtması ilə bağlı səsləndirdiyi məsələləri həll etmək üçün əlimizdən gələni etdik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Beynəlxalq Fransız Radiosuna (RFI) müsahibəsində deyib.

“Rusiyanın tələbləri ilə bağlı məsələ güzəşt məsələsi deyil. Məsələn, Rusiya öz taxılını ixrac etməkdə problem yaşadığını iddia edir, bu, yanlışdır. Rusiyanın taxıl ixracatı işğaldan əvvəlki illərin rəqəmlərini ötüb. Üstəlik, Rusiyanın ixrac göstəriciləri rekord səviyyəyə çatıb”, - deyə dövlət katibi bildirib.

Blinken Rusiyanın bankçılıq və nəqliyyatla bağlı tələblərinə də toxunub: “Biz bu məsələ ilə bağlı da problemləri həll etmək üçün əlimizdən gələn hər şeyi etdik. Məsələn, banklarımıza məktub göndərərək bildirdim ki, biz Rusiya taxılının ixracını tam dəstəkləyirik və onların (bankların –red.) Rusiya taxılına, nəqliyyatına, sığorta və sair məsələlərdə sanksiyalardan qorxmalarına ehtiyac yoxdur. Hazırda BMT-nin Rusiyanın narahatlığını aradan qaldıran təklifi masa üzərindədir. Rusiya buna cavab vermədi. Əslində, Rusiyanın cavabı var idi. Bu, Odessa limanına hücum etmək və 220 min ton taxılı məhv etməkdi”.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci ildə İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər