4 Sentyabr 2023 12:05
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

“Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi apardıq” - deyə, nazir qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər