Rəsmi Vaşinqton islahatların uğurla davam etdiriləcəyi təqdirdə Ukraynaya 2 milyard dollarlıq maliyyə yardımı ayıracaq.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
Burada həm iqtisadi, həm də sosial-siyasi sahədə islahatların əsaslı şəkildə dərinləşdirilməsi, 2015-ci ildə bu istiqamətdə qətiyyətli addımların atılması əsas şərt kimi irəli sürülüb.
ABŞ rəsmiləri bildiriblər ki, xüsusi ehtiyac halında 2 milyard dollar 2015-ci ildə Ukrayna hökumətinə istənilən vaxt verilə bilər.
Nail Cəlil