13 Yanvar 2015 23:04
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşama doğru neftin qyməti daha 3 faizi aşağı düşüb. OPEK-in neft hasilatını azaltmamaq qərarı qiymətlərin bir qədər də enməsinə təsir göstərib.

Teleqraf.com-un məlumatına görə, OPEK-in adından müvafiq açıqlama ilə Birləşmiş Ərəb Əmirliklərinin neft sənayesi naziri çıxış edib.

Günortadan sonra Brent markalı neftin barelinin qiyməti 1,60 dollar azalaraq, 45,83 dollara qədər ucuzlaşdıb. WTImarkalı neftin bareli isə 1,35 dollar ucuzlaşaraq 44,72 dollara düşüb.

Hər iki etalona aid qiymətlər yeddi həftədir ki, ardıcıl enir və bu artıq 2009-cu martındakı qiymətlərdən də aşağı bir səviyyədir.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər