25 Sentyabr 2023 15:56
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddilik Qrupu (G7) ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyanın xam neft tədarükü yazda 50 faiz artıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Financial Times (FT) yayıb.

Bildirilir ki, Avropa İttifaqı (Aİ), G7 ölkələri və Avstraliya dekabrın 5-də Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirməsini azaltmaq üçün rus neftinin bir barelinin 60 dollardan baha satılmasının qarşısını alan tavan qiymət praktikasını tətbiq ediblər.

Bununla belə, xam neftin qiymətlərinin davamlı artması və Rusiyanın öz neftinə tətbiq etdiyi endirimi azaltması səbəbindən rus neftinin gəlirləri arta bilər. Gəmiçilik və sığorta qeydlərinin təhlili göstərir ki, avqustda dənizlə daşınan Rusiya xam neftinin demək olar ki, dörddə üçü Qərb sığortası olmadan daşınıb.

Rusiya dəniz yolu ilə daşınan dizel ixracını sentyabrın ilk 20 günündə avqustun eyni dövrü ilə müqayisədə təxminən 30% azaldaraq, təxminən 1,7 milyon tona çatdırıb. Ötən həftə Rusiyanın bir çox ölkəyə dizel ixracına müvəqqəti qadağa qoyması qərarının da tədarükün daha da daralmasına səbəb olacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı