12 Oktyabr 2023 17:25
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 273 min barel artaraq 27,75 milyon barelə çatıb.

Teleqraf.com OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, hasilat Nigeriyada 141 min barel, Səudiyyə Ərəbistanında 82 min barel, Küveytdə 25 min barel artıb, Venesuelada 25 min barel, Ekvatorial Qvineyada isə 14 min barel azalıb.

Sentyabrda OPEC-in xam neft hasilatının qlobal istehsalda payı 27,6 faizə yüksəlib.

Qeyri-OPEC ölkələrinin hasilatı isə eyni dövrdə gündəlik 300 min barel azalaraq 72,9 milyon barel olub. Rusiya və ABŞ-da istehsal azaldığı halda, İngiltərə və digər Avrasiya ölkələrindən gələn əlavə məhsullar kəsiri kompensasiya edib.

Sentyabrda qlobal neft hasilatı avqustla müqayisədə dəyişməyib. Müvafiq olaraq, qlobal neft tədarükü avqustda təxminən 100,6 milyon barel səviyyəsində olub.

2024-cü ildə neft istehlakı artacaq...

Hesabatda bu il üçün qlobal neft tələbi proqnozu dəyişməyib. Müvafiq olaraq, bu il qlobal neft tələbinin keçən ilə nisbətən 2,4 milyon barel artaraq 102,1 milyon barelə çatacağı gözlənilir.

Bu il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD - İƏİT) ölkələrində tələbatın ötən illə müqayisədə gündəlik 89 min barel artaraq təqribən 45,18 milyon barelə, qeyri-OECD ölkələrində isə gündəlik 2,3 milyon barel artaraq təxminən 56,3 milyon barelə çatacağı təxmin edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər