Beynəlxalq kredit reytinq agentliyi “Moody's” İsrailin uzunmüddətli xarici və yerli valyutada “A1” olan kredit reytinqinin aşağı salınması üçün araşdırma başlatdı.
Teleqraf.com xəbər verir ki, buna səbəb İsrail və Fələstin arasında gözlənilməz və şiddətli qarşıdurmadır.
Açıqlamada qeyd olunub ki, İsrailin kredit profili keçmişdə terror hücumlarına və hərbi qarşıdurmalara qarşı davamlı olub, lakin indiki hərbi münaqişənin ciddiliyi onun daha uzun sürəcəyi və maliyyə-kredit reytinqinə əhəmiyyətli təsir göstərəcəyi ehtimalını artırır.
Bəyanatda həmçinin vurğulanıb ki, reytinqin nəzərdən keçirilməsində münaqişənin mümkün müddəti və miqyasına diqqət yetiriləcək, baxılma müddəti isə üç aydan çox ola bilər.
Qeyd edək ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch” həftənin əvvəlində İsrailin “A+” kredit reytinqini geosiyasi risklər səbəbilə mənfi proqnozlaşdırdığını açıqlayıb.