22 Yanvar 2015 01:34
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesabında 1,35 milyard aktiv istifadəçinin olduğu ən böyük sosial şəbəkə – "Facebook" ötən ilin yekunlarına görə dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib. Bundan başqa, Mark Zukerberqin kompaniyası 4,5 milyon iş yerinin açılmasına da yardımçı olub.

Teleqraf.com Vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə məlumat "Facebook"un özünün Deloitte & Touche konsaltinq firmasına sifariş etdiyi tədqiqatın nəticələrində əksini tapıb.Bu məqsədlə D&T analitikləri saytla əlaqəsi olan mobil qurğular üçün proqramları, oyunları və bu kimi digər vasitələri, həmçinin Facebook şəbəkəsinə daxil olmaq tələbindən yaranmış internet əlaqəni və əlavə xidmətlərə olan ehtiyacları da hesablayıblar.

Facebookun baş əməliyyat direktoru Şeril Sandberqin sözlərinə görə, kompaniya modadan tutmuş fitnesə qədər demək olar ki, bütün sahələrdə kiçik biznesin yeni dalğasını yaratmağa kömək edib. Bir çox şirkətlərin biznesinin sosial şəbəkədən asılı olduğunu deyən Facebook nümayəndəsi onların bu şəbəkə vasitəsi ilə xidmətlər təklif etdiyini və mallarını satdığını bildirib.


Müəllif: