Fevralın 23-də Bakıda “Banklarda risklərin idarə olunması sistemləri” mövzusunda ikigünlük seminar təşkil olunacaq.
Seminarı Macarıstanın bank sistemi üzrə aparıcı analitiki İştvan Lendelom keçirəcək.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak haqqı 300 manat, ARPA üzvləri üçün isə - 250 manatdır. Seminar rus dilində aparılacaq.