1 Mart 13:30
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin benzin markalarına tətbiq edilən aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərarı aviakerasin, Aİ95 və Aİ98 markalı benzinlərə aid deyil. Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, belə çıxır qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır: “Ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar verilib”.

Natiq Cəfərli bildirib edib ki, Azərbaycan özünü benzinlə təmin edə bilmir: “Aİ95, Aİ98 markalı benzinləri ümumiyyətlə istehsal edə bilmirik, Aİ92-nin istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik”.


Müəllif: Teleqraf.com