Ötən il sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81 faizini kişilər, 19 faizini isə qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən Teleraf.com-a verilən məlumata görə, qadınlar “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi”ndə 20,2 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da isə 17,7 faizini təşkil edib.