17 İyul 00:09
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 2 trilyon dolları keçib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saat ərzində 65 min dollara çatıb.

Bildirilir ki, qiymət artımına səbəb ABŞ-də prezident seçkilərində Donald Trampın qalib gəlmə ehtimalının artması və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin müsbət mesajlarıdır.

Hazırda dünyada bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”un qiyməti isə 3400 dolların altında qalıb.


Müəllif: Arzu

Oxşar xəbərlər