23 İyul 10:23
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün neft qiymətlərində sabitlik qeydə alınıb, treyderlər bazarda tələb və təklif perspektivləri ilə bağlı yeni siqnallar gözləyirlər.

Teleqraf.com xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,01 ABŞ dolları (0,01 %) bahalaşaraq bir barel üçün 82,41 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barel üçün 0,06 ABŞ dolları (0,08 %) ucuzlaşaraq 78,34 ABŞ dollarına bərabər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər