ABŞ və Rusiya arasında Avropa qaz tədarükü fərqi ayda 3,7 milyon tondan 0,2 milyona qədər azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə statistik məlumatları “Bloomberg” paylaşıb.
Qeyd edirlir ki, azalma 2024-cü ilin yanvar-iyul aylarına təsadüf edir. Mütəxəssislər bildirirlər ki, belə dinamika əsasən amerikalı təchizatçıların daha cəlbedici bazarlar seçmək istəyi ilə bağlıdır. Asiya-Sakit Okean regionu (APR) ABŞ ixracatçıları üçün prioritetlərdən birinə çevrilib. Son zamanlar bəzi Afrika ölkələri, o cümlədən Misir yanacaq uğrunda mübarizədə yüksək səviyyədə rəqabət nümayiş etdirib.