12 Oktyabr 08:13
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Boeing” şirkəti biznes çətinlikləri səbəbindən işçilərinin 10%-ni ixtisar etmək qərarına gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, şirkətin icraçı direktoru və prezidenti Kelli Ortberq şirkətin “çətin vəziyyətdə olduğunu” və “maliyyə reallığına uyğun” işçi qüvvəsi səviyyəsini “tənzimləməli” olduğunu qeyd edib. Ortberq həmçinin “777X” və “767 Freighter” proqramı təyyarələrinin istehsalında gecikmələr barədə açıqlama verib.

“Növbəti aylarda ümumi işçi qüvvəmizi təxminən 10 % azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək. Biznesimizin vəziyyəti və gələcək bərpamız sərt tədbirlər tələb edir”, – şirkətin prezidenti deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər