İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus “Laçın” marketdə yoxlama aparılırb.
İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Belə ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.
Naibə QURBABNOVA