İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxt Bakı şəhərində yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulan işlər sürətlə davam etdirilir.
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, bu məqsədlə nəzərdə tutulan işlər sırasında Bakı Dairəvi avtomobil yolunun təmiri tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Yolun frezlənmiş 5,2 km hissəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Artıq 450 m məsafədə işlər başa çatdırılıb, digər sahədə isə hazırda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.