Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə bu ölkədə rəsmi səfərdədir.
Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.
Dünya İqtisadi Forumunda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi Forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarları, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılacaq.