14 May 2015 13:14
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı qlobal iqtisadi artım temp ilə işsizliyin qarşısını almaq mümkün deyil. Belə davam edərsə bir neçə ildən sonra işsizlik səviyyəsi 200 milyon nəfərdən 320 milyon nəfərə qədər yüksələcək".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov jurnalistlərə açıqlamasında deyib: "Qlobal artım templəri 2008-ci ildən bu tərəfə zəifləyib. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən qlobal artım tempi cari ildə də yüksək olmayacaq".

O, Azərbaycanın ticarət tərəfdaşlarının göstəricilərinə də toxunub. Bildirib ki, tərəfdaşlarda orta iqtisadi artım 2014-cü ildə 1,5 % idisə, bu ilin ilk rübündə bu göstərici 0,8% azalıb. Məlum olub ki, xarici ticarət tərəfdaşlarındakı vəziyyət ölkənin xarici ticarət profsitinə təsir edib. Müsbət saldo 3 milyarddan 1 milyarda düşüb.

AMB rəsmisi həmçinin neftin qiyməti ilə bağlı da danışıb: “Neftin qiyməti Asiya və Avropada tələbin azalması nəticəsində ucuzlaşır. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən cari ilin sonuna neftin ortalama qiyməti 58 dollar təşkil edəcək. İrana qarşı sanksiyalar götürüldüyü təqdirdə bu ölkədə neftini bazara çıxaracaq bu da neftin qiymətinə təsir edəcək".

A.Ələsgərov monetar siyasətdən də danışıb. Deyib ki, Amerikanın sərt monetar siyasətinin fonunda Avropanın siyasətini yumşaltması avronun dollara qarşı ucuzlaşması ilə nəticələnib. Ümumilikdə birinci rübdə ABŞ-ın monitar siyasəti sərtləşib. Dollar son 3 ildə dünya valyutalarına nisbətdə daha sürətlə möhkəmlənib”.

O, Azərbaycandakı devalvasiyadan da danışıb. Qeyd edib ki, strateji valyuta ehtiyatlarını qorumaq baxımından bu siyasət vacib idi. Məlum olub ki, devalvasiya inflyasiya yaratmayıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər