12 İyun 2015 15:52
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın struktur bölmələrinə işə qəbulla bağlı vakansiyalar elan olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilən işçilərin sosial təminatının dayanıqlığının qorunması məqsədi ilə 17.01.2014-cü ildə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqram təsdiq olunub.

Sərbəstləşdirilmiş işçilərin bu Proqram çərçivəsində SOCAR-ın struktur bölmələrində yaranan vakant yerlərdə yerləşdirilməsi ilə əlaqədar olaraq müsabiqə yolu ilə işə qəbul prosesi müvəqqəti olaraq məhdudlaşdırılıb. Lakin buna baxmayaraq struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına doldurulması mümkün olmayan vakansiyalar mütəmadi olaraq şirkətin veb-saytında elan olunur.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata əsasən, hazırda şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində Ağdam magistral qaz kəmərləri sahəsində (MQKS) Bərdə rayonu üzrə - energetik, Siyəzən MQKS-də xətti istismar xidməti üzrə - usta, Ağdaş MQKS-də Şəki rayonu xətti istismar xidməti üzrə - usta, Astara MQKS-i Saatlı-İmişli magistral qaz kəmərlərinə xidmət üzrə-mühəndis vakansiyaları elan edilib. Həmin regionlarda yaşayan, vakansiyaların tələblərinə uyğun gələn (təhsil səviyyələri və iş təcrübələri uyğun olan) vətəndaşlar bu vakansiyalara müraciət etməklə müsabiqədə iştirak edə bilərlər.

Xatırladaq ki, sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına komplektləşdirilməsi mümkün olmayan vakansiyalar gələcəkdə də şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunacaq. Vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyən vətəndaşlara veb-saytımızın müvafiq bölməsini mütəmadi izləmələri tövsiyə olunur.


Müəllif:

Oxşar xəbərlər