20 İyun 2015 01:35
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Yüksək Texnologiyalar Parkının (“YT Park” MMC) yaradılması istiqamətində intensiv iş aparılır. Bu il Mingəçevir İnkubator və Texnologiya Transferi Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu məqsədlə bölgələrdə fəaliyyət göstərən “startup” və fərdi innovasiya layihələri cəlb ediləcək. Mərkəzin yaradılması işinin icrasını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Yüksək Texnologiyalar Parkı həyata keçirir.

Nazirlikdən verilən məlumata görə, “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə ilin sonunadək müvafiq tədbirlər həyata keçiriləcək. Bu il “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın rəsmi internet saytı yaradılacaq. İl ərzində texnoparkın rezidentlərinin və digər şəxslərin istifadəsi üçün elektron xidmətlər istifadəyə veriləcək. Yüksək və müasir texnologiyaların öyrənilməsi və tətbiqi məqsədilə beynəlxalq təşkilatlar, xarici texnoparklar, elmi-tədqiqat və texnologiya mərkəzləri, elmi müəssisələr və universitetlər ilə əlaqələr qurulacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə RYTN-nin tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Texnopark innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.


Müəllif:

Oxşar xəbərlər