6 Avqust 2015 12:49
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmiryol nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2 faiz ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.


Müəllif:

Oxşar xəbərlər