Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılıq qüvvəyə minib.
Avqustun 10-dan etibarən Azərbaycan Gürcüstan sərhədində “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.
Naibə QURBANOVA