Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,66 dollar və ya 6,25% bahalaşaraq 45,22 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 5,24% yaxud 2,49 dollar artaraq 50,05 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.