13 Oktyabr 2015 13:08
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin 9 ayında sosial sığorta haqlarının 65,0 faizi və ya 847,9 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz və ya 43,4 mln. manat artıqdır.

Qeyri-büdcə daxilolmalarının artımı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub.

Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 mln. manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 876,1 mln. manat həcmində Fondun hesabına daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 mln. manat təşkil edib.


Müəllif:

Oxşar xəbərlər