28 Oktyabr 2015 19:18
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılıb və müvafiq qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiya iclasında qəbul edilmiş qərara əsasən, nazirliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müraciətinə baxılıb və qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb.


Müəllif: