Çeçenistanın paytaxtı Qroznıda Putin rayonu yaradılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin şərəfinə bu adı daşıyacaq rayon artıq mövcud olan Şeyx Mansur rayonu ərazisində salınacaq.
Meriya bildirir ki, aprelin əvvəlində sakinlər rayonun adının dəyişdirilməsini dəstəkləyiblər, səsvermə ev-ev keçirilib. 34705 sakin yeni adın lehinə çıxış edib, 200 nəfər qərarsız qalıb.
Şəhər şurası sorğunu tanıyıb və lazımi sənədləri yeni rayonun yaradılması haqda qanunun qəbulu üçün regional parlamentə göndərib.