17 Aprel 10:27
4 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və müttəfiqləri Qırmızı dənizdə husilərə qarşı mübarizədə istədikləri uğuru qazana bilmirlər. Husilərin mövqelərinin raket atəşinə tutulması nəticə vermir. Buna baxmayaraq, ABŞ-nin Qırmızı dənizdəki qüvvələrinin komandanı admiral Mark Miqes bildirib ki, husilərin imkanları bir qədər azalıb. Ancaq amerikalı admiral ticarət gəmilərinin nə vaxt Qırmızı dənizdə rahat üzəcəyinə dair konkret fikir söyləyə bilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, husilər itkilərinin yerini qısa zamanda doldururlar:

“İran husilərə dəstəyini davam etdirir. ABŞ-nin husilərin əlində nə qədər silah olmasına dair məlumatı yoxdur. Digər tərəfdən. ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir. ABŞ-nin “Eyzenhauer” təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk edə bilmir. Husilər ticarət gəmilərinə raketlərlə yanaşı, dron hücumları da təşkil edirlər. Ticarət gəmilərinin əksəriyyəti bu təhlükəyə görə əvvəlkitək Qırmızı dənizdən yan keçməyə çalışırlar. Halbuki dünya ticarətinin 15 faizi Qırmızı dəniz üzərindən həyata keçirilirdi. Süveyş kanalından istifadə xeyli azalıb.

“Politico” nəşri isə Çinin husiləri dolayı yollarla maliyyələşdirdiyinə dair məlumat yayıb. İran öz neftinin 90 fazini Çinə satır. Burdan əldə edilən gəlirin bir hissəsi isə İslam Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qruplaşmasına çatır ki, o da bu pulla husiləri silahlandırır. Əslində, husilərin dəstəklənməsi Çinin də maraqlarına uyğun deyil. Çünki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Çinin dünya ölkələri ilə apardığı ticarətə mənfi təsir edir. Çin gəmiləri Qırmızı dənizdən yan keçməklə uzun məsafəni seçdiklərinə görə məhsulların qiyməti qalxıb. Buna baxmayaraq, Pekin husilərə dəstək məsələsində Tehrana təzyiq etmir”.

“Atlas”ın analitikləri vurğulayırlar ki, Pekinin Tehrandan yeganə xahişi husilərin Çin gəmilərinə hücumlardan çəkindirməkdir:

“Boomberg”in məlumatına görə, Rusiya və Çinin İran üzərindən husilərlə şifahi razılaşması var ki, qruplaşma Qırmızı dənizdə Pekin və Moskvaya məxsus gəmilərə hücum etməsin. Ancaq bır sıra hallarda husilər gəmilərin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirmədən zərbələr endirirlər. Husilər yanlış olaraq bir neçə dəfə Rusiya və Çin gəmilərinə raket atıblar. Ona görə Qırmızı dəniz Rusiya və Çin gəmiləri üçün də təhlükəlidir. Buna rəğmən, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər