Prezident Co Bayden İranın İsrailə misli görünməmiş hava hücumuna hərtərəfli cavab hazırlamaq məqsədilə səyləri əlaqələndirmək üçün G7 ölkələri, müttəfiqlər, tərəfdaşlar və Konqresə qoşulur.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.
“Yaxın günlərdə ABŞ İran, o cümlədən onun raket və PUA proqramları, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Müdafiə Nazirliyinə dəstək verən təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edəcək. Gözləntimiz budur ki, müttəfiqlər və tərəfdaşlar tezliklə öz sanksiyaları ilə eyni addımı atacaqlar.
Bundan əlavə, İranın raket və dron imkanlarının effektivliyini zəiflətmək üçün Yaxın Şərqdə raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin uğurlu inteqrasiyasını daha da gücləndirmək və genişləndirmək üçün Müdafiə Nazirliyi və ABŞ Mərkəzi Komandanlığı vasitəsilə işi davam etdiririk”, - ABŞ rəsmisi bildirib.
Sallivan qeyd edib ki, yeni sanksiyalar və digər tədbirlər İranın hərbi gücü və effektivliyini məhdudlaşdırmaq və azaltmaq, habelə Tehranın qanunsuz fəaliyyətlərinə qarşı təzyiqi artıracaq.
“Təzyiqlər davam edəcək. İran hökumətinin şər və sabitliyi pozan hərəkətlərinə görə onu məsuliyyətə cəlb etmək üçün dünya üzrə müttəfiqlər və tərəfdaşlarla, eləcə də Konqreslə birgə hərəkət etməkdən çəkinməyəcəyik”, - prezidentin müşaviri əlavə edib.