17 Aprel 15:35
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı.

Teleqraf.com Oxu.az-a istinadla xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, CM-in 263-cü maddəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma üzrə halları ehtiva edir.

263.2 maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

***

10:59

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə Teleqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

***

10:09

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib.

“Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsinə aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

09.59

Daxili İşlər Nazirliyi tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

09:27

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarət aldığı bildirilir.


Müəllif: Teleqraf.com