17 Aprel 14:01
2 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi “Hyundai” markalı avtomobilə əyləşdirib. O, dəniz kənarına gələrək avtomobili saxlayıb. Arxa sərnişin oturacağına əyləşdikdən sonra öz cinsi ehtirasını təmin etmək məqsədilə Elnarəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Elnarəyə əxlaqsız iyrənc hərəkətlər edib, sonra onunla təbii yolla cinsi əlaqədə olub.

2022-ci ilin avqust ayının ortalarında yenidən Elnarə ilə əvvəlcədən razılığa gələrək onu idarə etdiyi “Hyundai” markalı avtomobilinə əyləşdirib, eyni istiqamətə hərəkət edib. Dəniz kənarında avtomobilin arxa sərnişin oturacağında onunla cinsi əlaqədə olub.

2022-ci ilin avqustun sonlarında Kərəm Elnarəni yenə dəniz kənarına gətirib. Orada ona qarşı seksual xatrakterli hərəkətlər edib, daha sonra cinsi əlaqəyə girib.

Sonuncu dəfə 2022-ci ilin sentyabrin əvvəllərində Elnarəni öz yaşadığı evə dəvət edib. Orada onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kərəmin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Onu razı salmışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərəm ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Elnarə ilə qonşuluqda yaşayıb:

“Qonşu olduğumuz üçün mən və həyat yoldaşım Elnarəgilə gedirdik. Elnarənin ailəsi də bizə gəlirdi. Elnarəgildə olanda ona şirin sözlər demişəm, bədən qurluşunun yaxşı olduğunu bildirmişəm.

2022-ci ilin iyun-iyul aylarında Elnarə yaşadıqları evin qapısının ağzında olan skamyada oturarkən onun yanına getdim. Onunla söhbət etməyə başladım. Elnarənin cinsi cəhətdən tam yetişdiyini, həmçinin mənim vasitəmlə cinsi ehtirasını ödəyə biləcəyini ona bildirmişəm. Elnarə ilə bir-iki dəfə bu formada söhbət etmişəm, onu razı salmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının əvvəllərində istifadəsində olan mobil telefonla Elnarəyə zəng edib, ona küçəyə çağırıb:

“Elnarə küçəyə çıxdıqdan sonra onu oğluma məxsus “Hyundai” markalı avtomobilə otuzdurdum və dəniz kənarına sürdüm. Maşını bir tərəfə verərək saxladım. Sonra sürücü yerindən düşərək arxa oturacağa keçdim. Elnarənin sinə nahiyəsini, budlarını əlimlə sığallamağa başladım”.

“Bioloji atasıyam”

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Elnarəyə qarşı əxlaqsız seksual hərəkətlər edib: “Elnarənin baş nahiyəsini aşağı əyərək oral yolla əlaqədə olduq. Sonra yaşadığımız məhəlləyə gəldik. Dəqiq xatırlamasam da, bu hərəkəti müqabilində Elnarəyə təxminən 5 manat verdim. O, tez-tez mənə zəng edərək görüşməyimiz üçün vaxt istəyirdi.

Növbəti dəfə 2022-ci ilin avqust ayının ortalarında görüşdük. Onu dəniz kənarına apardım. Orada oral yolla əlaqədə olduq.

Elnarə ilə təbii yolla da cinsi əlaqədə olmamışam. Ona qarşı psixi və ya fiziki zor tətbiq etməmişəm. Genetik ekpertizanın rəyi ilə razıyam. Elnarənin yeni doğulmuş övladının bioloji atasıyam. Doğulmuş Fuad adlı uşağa atalıq vermişəm, onun maddi təmatını tam şəkildə ödəyirəm”.

“Anama oxşadığımı bildirdi”

İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, atası, anası, qardaşı ilə birlikdə yaşayır, orta məktəbin 11-ci sinfində təhsil alıb:

“Dərslərə davamiyyətim normal olmadığı üçün 2023-cü ilin noyabrından orta məktəbə getməyi dayandırdım. Məktəbdə oxuduğum vaxtlarda həm müəllimlər, həm də sinif yoldaşlarımla münasibətim normal olub. Yaşadığım məhəllədə də qonşularımızla münasibətimiz normaldır.

Bizimlə qonşuluqda yaşayan təxminən 50 yaşlı Kərəmi tanıyıram. O bizə tez-tez, bəzən arvadı ilə, bəzən də tək gəlirdi. Atamla dost iidlər. Bəzən atam evdə olmayan vaxtda da bizə gəlirdi. Həmişə məni tərifləyirdi. Bəzən mənim qeyrətli qız olduğumu, bəzən də bədən qurluşumun yaxşı olduğunu, hətta anama da oxşadığımı deyirdi. Kərəm bizdə olanda bu kimi sözləri dəfələrlə söyləmişdi”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin iyun-iyul aylarında küçə qapılarının ağzında olanda skamyada oturarkan Kərəm onun yanına gəlib: “Yanımda oturduqdan sonra “sənin fiquran yaxşıdı, maniken kimi qızsan” kimi ifadələr işlətdi. Əvvəlcə Kərəmin niyyətini anlamadım. Ona sərt sözlər dedim. Bu sözlərimdən sonra ciddi olmağa, mənimlə əmi kimi danışmağa başladı”.

“Mənə xərclik verəcəyini bildirdi”

Elnarənin sözlərinə görə, növbati gün yenidən küçəyə çıxıb və qapılarının ağzında olan skamyada oturub: “Yenidən Kərəmin yanıma gəldiyini gördüm. Hər dəfə yanıma gələndə onu acılayırdım. Bu minvalla Kərəm 1 həftə yanıma gələrək mənə tərifli sözlər deyirdi. Bu barədə evdə kimsəyə bir söz deməmişəm.

Kərəm sonuncu dəfə 2022-ci ilin avqustun əvvəllərində yanıma gəldi. Mənə qəribə sözlər deməyə başlayanda ona qulaq asmaq qərarına gəldim. O, açıq şəkildə mənə öz niyyətimi bildirməyə başladı. Mənə sinəmin, arxa nahiyəmin yaxşı olduğunu, dar şalvar geyinəndə daha da gözəl olduğumu bildirdi. Mənə tam olaraq cinsi cəhətdən yetişdiyimi, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi.

Aramızda bir dəfə cinsi əlaqənin olacağını, bunun qarşılığında mənə xərclik də verəcəyini söylədi. Kərəmə bir dəfə ilə yetinəcəyini bildirdim. Kərəm də vəziyyətə baxcacağını, yaxşı olacağı təqdirdə yeniden edəcəyini bildirdi. Onunla razılaşdım”.

“Avtomobildə cinsi əlaqədə olduq”

Elnarə deyib ki, 2022-ci ilin avqustun 4-5-i Kərəmlə görüşəcəklərini qərarlaşdırıblar: “Növbəti gün günorta saatlarında Kərəm telefonla mənim mobil nömrəmə qısa zəng vuraraq xabərdarlıq etdi. Mağazaya getmək adı ilə evdən çıxdım. Kərəmin avtomobili küçədə dayanmışdı. O, maşının işıqları ilə mənə xəbardarlıq etdi. “Hyundai” markalı avtomobilinin arxa oturacağına oturdum.

Kərəm maşını dəniz kənarına sürdü. Dəniz kənarında o, sürücü oturacağından düşdü və arxa oturacaqda, mənim yanımda oturdu. Dərhal sinə nahiyəmə əlini sürtməyə başladı, daha sonra ayaqlarıma əllərini sürtdü. Məndən də onun intim yerlərinə əlimi vurmağımı istədi. Onun intim yerlərinə əlimi çəkdim.

Daha sonra şalvarımı çıxarmağımı istədi. Şalvarımı çıxardım, o, intim hərəkətlər erməyə başladı. Mənimlə cinsi əlaqədə oldu. Sonra evə qayıtdıq. Kərəm məni məhəllədə qoyan zaman 5 manat verib getdi”.

Elnarə qeyd edib ki, daha sonra Kərəm tez-tez ona zəng edib: “Mən ya zənglərə cavab vermirdim, ya da zəngə cavab verərək işimin olduğunu bildirdim. Təxminən 5 gün sonra, avqustun 15-də Kərəmlə danışarkən yenidən görüşmək üçün vaxt müəyyən etdik. Günorta saat 12-13 radələrində görüşdük. Kərəm məni yaşadığım məhəllədə öz maşınına mindirərək yenidən dəniz kənarına apardı. Əvvəllər elədiyi hərəkətləri yenidən elədi. Daha sonra məni məhəlləyə gətirdi və 5 manat verdi.

Növbəti dəfə 2022-ci il avqustun 20-də Kərəm yenidən zəng edərək küçəyə çıxmağımı istədi. Çölə çıxdıqda məni yenidən dəniz kənarına apardı. Bu dəfə də arxa oturacağa keçdi və məndən şalvarımı çıxarmağımı istədi. Cinsi əlaqədə olduq.

Yaşadığımıız məhəlləyə qayıdanda Kərəm mənə bu dəfə də 5 manat verdi”.

“Anam hamilə olduğumu bildi”

Elnarə deyib ki, Kərəmlə sonuncu dəfə 2022-cü il sentyabrin əvvəllərində görüşüblər: “Telefonda məni öz yaşadığı evə çağırdı. Mən də getdim. Evdə məni otaqlardan birinə apardı, çarpayının üzərinə uzandırdı. Yenidən şalvarımı çıxarmağı bildirdi. Mənimlə cinsi əlaqədə olmağa başladı.

Mən oral və ya anal yolla da əlaqədə olmuşam. Kərəmlə görüşdükdən sonra özümü qəribə hiss etdim. Tez-tez qusdum. Hamilə olduğumu bildikdə qorxumdan bu haqda heç kəsə bir söz demədim. Lakin qarnım böyüyəndə anam hamilə olduğumu bildi. Kərəm mənmlə cinsi əlaqədə olarkan psixi va ya fiziki zor tatbiq etməyib. Onunla könüllü şəkildə cinsi əlaqədə olmuşam”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər