17 Aprel 10:46
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ belə Azərbaycana təzyiq göstərə bilmədi, Fransanın cəhdləri əbəsdir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Fransa Xarici İşlər Nazirliyi rəsmi Bakının “ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlər”ini əsas gətirərək, Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu, Fransa Xarici Kəşfiyyat Xidməti – DGSE və onun regiondakı agent şəbəkəsinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları tərəfindən deşifrə edilməsinə Parisin reaksiyasıdır.

Fransanın rəsmi Bakıya siyasi təzyiq göstərmək cəhdləri tamamilə əbəsdir. Hətta Vaşinqton təzyiq göstərə bilmədi, Makron nə edəcək?”, - polkovnik deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər