Nazim Piriyev Aytən Səfərovanın son durumu haqqında məlumat verib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Aytən Səfərovanın iki qabırğası sınıb. Ona sakitləşdirici iynə vurulub. Xəstəxanadan nə zaman çıxacağı bilinmir.
Nazim Piriyev həyat yoldaşının avtomobil qəzasının baş verməsindən də danışıb: “Aytən xanım öz yolu ilə gedirmiş. Qarşı tərəf qırmızı işıqda keçib, həyat yoldaşımın avtomobili ilə toquşub və avtomobil aşıb”.
***
10:02
Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.
Aparıcının həyat yoldaşı Nazim Piriyev Teleqraf.com-a açıqlamasında aparıcının hazırda xəstəxanada olduğunu deyib:
“Aytən xanım 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Qəzada müxtəlif bədən xəsarətləri alıb. Hazırda müayinə olunur. Həkimlərdən cavab gözləyirik”.