İran-İsrail gərginliyi sözsüz ki, bölgəyə təsirsiz ötüşməyəcək. Bu, regionda gərginliyin artmasını, burada yenidən savaşın olması ehtimalını gündəmə gətirir. Sözsüz ki, bu vəziyyət Azərbaycanın milli təhlükəsizliyi üçün də çox ciddi problemlər yarada bilər.
Bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
O qeyd ki, bütün ssenarilərin inkişafına hazır olmaq lazımdır: “Uzun müddətə bu məsələlərdə bitərəf qalmaq da mümkün olmayacaq. Ona görə də, gərginliyin tərəfləri arasında yox, müttəfiqlərlə münasibətlərə üstünlük verilməlidir. Konkret olaraq Türkiyə ilə türk dövlətləri və potensial digər müttəfiqlərlə münasibətləri dərinləşdirmək lazımdır”.
Pənah Hüseyn hesab edir ki, bu müstəvidə normativ müqavilə bazası konkretləşdirilməlidir: “Bu istiqamətdə ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün addımlar atılmalıdır. İstənilən halda Azərbaycanın bu gərginlikdən qazanaraq çıxmaq şansları daha çoxdur”.