Rusiya sülhməramlıların Azərbaycandakı mövcudluğunun müvəqqəti olduğu əvvəldən bəlli idi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Azərbaycan və Rusiyanın ali rəhbərlikləri sülhməramlıların Qarabağdan tezliklə çıxarılması barədə qərar qəbul edib. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlama verib.
Vaxtilə bu haqda söylədiyim fikri təkrarlamaq istəmirəm. Amma sülhməramlılar Azərbaycan torpaqlarına daxil olanda əmin idim ki, bu müvəqqəti tədbirdir. Hər kəs hər yerdə bu haqda danışırdı. Çünki bu, bizim siyasətimizin əsas məsələsidir. Qələbə yarımçıq qala bilməzdi. İndi baş verməli olanlar baş verir. Bu, böyük tarixi və çox əlamətdar hadisədir”, - ekspert vurğulayıb.