17 Aprel 21:04
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Naqura və Yarin bölgələrində "Hizbullah"ın hərbi hədəflərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, ordu son bir neçə saat ərzində Livandan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə tank əleyhinə raket və PUA buraxılışının qeydə alındığını bildirib.

Hücum nəticəsində 6-sı ağır olmaqla 14 hərbçi yaralanıb.


Müəllif: Teleqraf.com