Ermənistan Baş naziri Nikol Paşinyan Voskeparda (Əskipara) yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən delimitasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.
Teleqraf.com xəbər verir ki, bunu baş nazirin sözçüsü Nazeli Baqdasaryan deyib.
Onun sözlərinə görə, Paşinyan bölgədə qeyd olunan məsələlərlə (eləcə də 4 kəndin qaytarılması ilə) bağlı bölgə sakinlərinin suallarını cavablandırıb.
Nikol Paşinyan martın 18-də də Voskepar kəndində də olub, sakinlərlə görüşüb. Ermənistan baş naziri görüşdə 4 kəndin Azərbaycana qaytarılacağı anonsunu verib.
Söhbət Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.