Astarada 6 otaqlı ev yanaraq külə dönüb.
Teleqraf.com xəbər verir ki, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.
Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.
FHN Astara Rayon Yanğından Mmühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.
Yanğnın səbəbi araşdırılır.