5 Dekabr 2015 11:14
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2,12% bahalaşaraq 17 847,63 bənd, S&P 500 2,05% irəliləyərək 2 091,69 bənd, Nasdaq isə 2,08% artaraq 5 142,27 bənd təşkil edib.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,59% ucuzlaşaraq 6 238,29 bənd, Fransa CAC-40-ı 0,33% azalaraq 4 714,79 bənd, Almaniya DAX-ı isə 0,34% geriləyərək 10 752,10 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 25,4 ABŞ dolları yaxud 2,40% artaraq 1 085,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0881 (-0,59%) təşkil edib.


Müəllif: