9 Dekabr 2015 11:04
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xam neftin dünya bazar qiymətində bu gün cüzi də olsa artım qeydə alınsa da dünən baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır. Çünki, müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir ki, gözlənilən 1 barrel/40 dollar pisxoloji baryerini aşıb. Beləliklə də yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb.

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, xam neftin qiymətin hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analıtikləri ciddi düşündürür: "Onların qiymətləndirmələrinə və proqnozlarına görə dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin uculaşmasının qarşısının alınmaz olacaq və ucuzlaşma davam edəcək.Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barrel tələbə qarşı ən azı 1 milyon bareldən çox neft təklif olunur. Odur ki, qiyməti uculaşdıracaq başlıca səbəbi kimi təklifin artması qeyd olunur".

Ekspert bildirir ki, xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir: "Fikrimizcə, bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarşılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir.
Xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb".


Müəllif:

Oxşar xəbərlər