17 Dekabr 2015 21:16
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Slavyanka” “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax” süfrə sularının qiyməti qalxacaq. Teleqraf.com-un məlumatına bu barədə iqtisadçı-ekspert Qalib Toğrul məlumat verib.

İqtisadçı bildirib ki, Vergi Məcələsinə son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması olub: “Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Vergi dərəcəsi ən çox qaldırılan faydalı qazıntı mineral sulardır. Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, vergi dərəcəsində təxminən 70 faiz artım baş verib”.

Ekspert bildirib ki, dəyişikliklərin qüvvəyə minməsindən, 1 yanvardan sonra ölkəmizdə istehsal olunan mineral suların – “Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor”, “Qax” kimi mineral sularının pərakəndə satış qiymətləri də qaxacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər