25 Yanvar 2016 19:39
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirə bilər.

Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin “SRF” kanalına müsahibəsində məlumat verib. SOCAR-ın Avropadakı fəaliyyətini İsveçrədən genişləndirmək niyyəti ilə bağlı sualı cavablandıran E.Nəsirov qeyd edib: “Bəli, şirkətimizin Şərqi və Qərbi Avropada fəaliyyətini inkişaf etdirmək fikrimiz var. Əlbəttə, ixrac gəlirlərinin azaldığı dövrdə sərmayə qoymaq çətinləşir. Lakin bu şəraitdə də sərmayə qoymaq məqsədəuyğun ola bilər. Bunu ona görə edirik ki, ölkəmizdə ixrac gəlirlərinin azalması müqabilində xaricdəki xidmət sektorundan ölkəmizə daha çox gəlir gəlsin”.

SOCAR-ın vitse-prezidenti Avropada xüsusilə İsveçrəyə sərmayə qoymağı düşündüklərini deyib. Bu ölkədəki digər şirkətləri almaqla bağlı elə bir konkret təklif olmadığını deyən E.Nəsirov bildirib ki, İsveçrə bazarında fəaliyyətimizi genişləndirə bilərik: “Biz bu imkanları araşdırırıq, lakin hazırda real bir imkan görünmür. İsveçrə bazarı gələcəkdə də əhəmiyyətli olacaq”.


Müəllif: