17 Fevral 2016 17:29
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 534 min 450 ton plan-tapşırığına qarşı, 535 min 435 ton neft hasil edilərək plana 100,2 faiz əməl olunub.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, cari ilin ilk bir ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 473,8 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 489,5 milyon kubmetrə bərabər olub. Plan 103,3 faiz yerinə yetirilib. Ötən ayda fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 16 quyu istismara qaytarılıb. Bu quyulardan 92 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 845 ton neft alınıb.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 61 geoloji tədbir keçirilib, nəticədə 1961 ton neft hasil edilib ki, bu da plana qarşı 23 tədbir çox və 591 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 3090 ton plana qarşı 3881 ton neft hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla start götürüb. Cari ilin yanvar ayı ərzində uğurlu qazma işləri həyata keçirilib, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 1089 ton plana qarşı 1338 ton neft hasil edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər