26 Mart 2016 20:20
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 241,1 mln. manat vəsait yönəldilib.


Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, investisiyanın 629,4 mln. manatı yanvar, 611,7 mln. manatı fevral ayının payına düşüb. Bu da ötən ay xarici sərmayə qoyuluşunun aylıq müqayisədə 2,8% azalması deməkdir. Həmçinin, fevral ayında xarici sərmayənin cəmi kapital qoyuluşunun xüsusi çəkisində də azalma müşahidə olunub. Xarici sərmayənin cəmi investisiyalarda xüsusi çəkisi 7,4 faiz bəndi azalaraq 64,1%-ə enib.

Hesabata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 045,8 mln. manatı (84,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 834,9 mln. manat vəsait yönəldilib.


Müəllif:

Oxşar xəbərlər