Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,02 dollar yaxud 0,05% bahalaşaraq 38,34 dollar/barel təşkil edib.
Teleqraf.com xəbər verir ki, "Brent" markalı neft isə 1,07 dollar və ya 2,73% bahalaşaraq 40,33 dollar/barelə bərabər olub.
"Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar yaxud 0,30% ucuzlaşıb və bir barelinin qiyməti 41,29 dollara bərabərdir.