22 Aprel 2016 11:14
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin sonunda hasilatın dondurulması ilə bağlı Doha görüşünün anlaşmasız bitməsinə baxmayaraq, qapının hələ açıq saxlanması neft ticarətinin üçüncü həftəni də qazancla başa vurması ilə nəticələndi.

Teleqraf.com "Blumberq"ə istinadla xəbər verir ki, OPEK-in baş katibi Abdulla əl-Badriyə görə, istehsalı dondurmaq fikrinə dönüş qətidir və digər ölkələrlə bərabərtərəfli müzakirələr aparılacaq.

Hazırda Səudiyyə Ərəbistanı ilə İran arasında müansibətlər 1979-cu il İslam inqilabından sonra ən kəskin tənəzzül dövrünü yaşayır. Bu ölkələr Yəmən və Suriyada baş verən hadisələrə tamam əks-mövqedən yanaşırlar. Bu isə neftin qiymətinə mənfi təsir göstərir.

Neftin ucuzlaşması nəticəsində ABŞ-da aktiv neft zondaj quyularının sayı 2009-cu ildən ən aşağı səviyyəyə düşüb.

Sidenydəki "Fat Propherts"in şərhçisi Devid Lennoks 17 apreldə keçirilmiş Doha görüşündə geopolitik maraqların ticari maraqları üstələdiyini vurğulayıb: "OPEK-in iyun toplantısında da eyni vəziyyətin yaranacağından şübhələnirəm".

Mahir


Müəllif: